Infoteka.az
Dünya

“BMT  Ukrayna münaqişəsinin bitməsini istəyir”

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bir sıra Qərb ölkələrinin Ukraynaya “F-16” qırıcıları tədarük etmək qərarına münasibət bildirərkən  bu barədə danışıb.
Baş katibin sözçüsü bildirib ki, “Məqsədimiz BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və müvafiq qətnamələrə uyğun olaraq bu münaqişəyə son qoymaqdır”.
Onuda vurğulamaq lazımdır ki, ittifaq yaxın vaxtlarda Ukraynanı “F-16” qırıcıları ilə təmin edə biləcəyi haqqında Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel bildirib.

Infoteka.az