Infoteka.az
Siyasət

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri baş tutub

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana rəsmi səfəri baş tutub.

Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən bunula bağlı məlumat paylaşılıb.
Səfər əsasında general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti olub.

Infoteka.az