NYPD (New York City Police Department) Türk Evinin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.
Şəhər polis idarəsinin əməkdaşları “Türk Evi”nin binasına gətirilib. Bu gündən obyekt gecə-gündüz mühafizə olunacaq.
Türkiyə Baş Konsulluğunun müraciəti əsasında işçilər binaya ezam olunublar.
Nyu-York polisi əməkdaşının sözlərinə görə, Türkiyənin Baş konsulluğunun müraciəti əsasında polis əməkdaşları qeyri-müəyyən vaxta qədər bölgəyə ezam olunublar:
“Hadisədən sonra Nyu York Şəhər Polis İdarəsi ərazidə geniş araşdırma aparır. Baş konsulluğun müraciəti əsasında binanın gücləndirilmiş mühafizəsinin təşkili və gecə-gündüz mühafizə postunun yaradılması istiqamətində işlər aparılır. Bu qərarın qəbul edilməsi üçün yaxınlıqda yerləşən digər dövlət əhəmiyyətli obyektləri müəyyən etmək və müəyyən razılıqlar əldə etmək lazımdır. Bu proses müəyyən vaxt aparacaq. Qərar qəbul olunana qədər biz ərazidə xidmət aparacağıq”, - deyə o bildirib.
Dünya