“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” haqqında ilk beynəlxalq konfrans keçirilir.
Konfrans Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans zamani l Qarabağ müharibəsində itkin düşənlər mövzusuna toxunulacaq.
Konfransda iştirak edənlər arasında BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç, AMEA prezidenti İsa Həbibbəyli, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov, dövlət qurumlarının rəsmiləri və ictimaiyyət nümayəndələri var.