BŞ Prezidenti Co Bayden iyulun əvvəlində Şimal ölkələri-ABŞ sammitində iştirak üçün Finlandiyaya səfər edəcək.
Səfər barədə Finlandiyanın “İltalehti” nəşri xarici siyasət və təhlükəsizlik sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Bu səfərin tarixi səfər olacağı bildirilir. Belə ki, bu, ABŞ liderinin Moskva və Vaşinqton münasibətləri ilə əlaqəli olmayan Finlandiya ərazisinə ilk səfəridir.
Qeyd olunur ki, sammitdə, həmçinin Finlandiya, İsveç, Danimarka, Norveç və İslandiya liderləri də iştirak edəcəklər.