Infoteka.az
Sosial

Qarabağla bağlı Türkiyə lideri paylaşım edib

“Türkiyə kimi vətənimiz, Türkiyə kimi evimiz olduğu üçün Allaha nə qədər şükür etsək, azdır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri “Twitter” hesabında yazıb.
Ərdoğan qeyd edib ki, ortaq tariximiz, dilimiz, inancımız və mədəniyyətimiz bir olan bütün ölkələrlə yenidən qucaq açdıq:
“Türk Dövlətləri Təşkilatını yaratmaqla Türk dövlətləri ilə əlaqələrimizi daha da gücləndirdik. Can Azərbaycanla birlikdə 30 illik işğaldan sonra Qarabağı azadlığına qovuşdurduq”, - deyə Ərdoğan vurğulayıb.
O, Şuşada çəkilən şəkili də paylaşıma əlavə edib.

Infoteka.az