İsraildə keçirilən “Qeyri-müəyyənlik dövründə baxış və strategiya” mövzusunda konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev iştirak edib.
Herzliya şəhərində keçirilən konfransda çıxışı zamanı nazir müavini strateji xarakter daşıyan Azərbaycan-İsrail əlaqələrindən söhbət açıb.
May ayının 24-də Fariz RzayevinTəl-Əviv Universitetində İsrail-Azərbaycan münasibətlərinə həsr olunmuş tədbirdə çıxışı olacaq.
Tədbir çərçivəsində İkinci Qarabağ müharibəsinin nəticələri, eləcə də Azərbaycan ilə İsrail arasında əməkdaşlığın və strateji tərəfdaşlığın genişləndirilməsi və digər mövzulara toxunulacaq.
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, Təl-Əviv Universitetinin professoru Eytan Yanarocaq və Təl-Əviv Universitetinin Moşe Dayan adına Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin direktoru doktor Brendon Fridmanın da tədbirə qatılacağı gözlənilir.
Siyasət