Rusiya Federasiyası bu il Çinə enerji resurslarının tədarükünü 40% artırıb.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, energetika Rusiyanın Çinlə əməkdaşlığının əsas inkişaf istiqamətlərindən biridir.
“Ən əsası odur ki, biz çatışmayan texnoloji avadanlıqların tədarükündə birgə iştirak etmək üçün hazırda tərəfdaşlarımızla məsələlər üzərində işləyirik”, - Aleksand Novak deyib.