İraq Prezidenti Əbdüllətif Camal Rəşid Bağdad Beynəlxalq Hava Limanında təyyarədən düşən vaxtı yıxılaraq xəsarət alıb.
Hadisə isə Əbdüllətif Camal Rəşid Süleymaniyyədən Bağdada qayıdarkən olub.
Bu barədə məlumatı İraq KİV-i verib.
Qeyd olunub ki, hadisə nəticəsində onun əl və qolunda bir neçə sınıqlar əmələ gəlib, dodağı yaralanıb və bədənin müxtəlif nahiyələrindən ağır zədələr alıb.
Məlumatda prezidentin İraqın şimalına bir neçə günlük səfərdə getdiyi bildirilir.
Sosial