Əsas vəzifələrdən biri Türkiyədə yeni konstitusiyanın hazırlanması və qəbulu olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Haber telekanalının efirində bu barədə müsahibə zamanı bildirib.
“Türkiyənin 100 illik vizyonumuzun ən mühüm hədəflərindən biri yeni konstitusiyadır. Biz demokratiyamızı dövlət çevrilişinin məhsulu olan konstitusiyadan xilas etmək istəyirik. Təbii ki, biz bunu mümkün qədər geniş konsensusla etmək istəyirik. Xalq Alyansı olaraq təbii ki, qiymətləndirməni ilk olaraq özümüz edəcəyik. Atılacaq addımları biz müəyyən edəcəyik”- deyə Türkiyə lideri bildirib.
Siyasət