Fransanın paytaxt şəhəri Parisdə 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının açılış mərasimi günü şəhərdə asayişi 45 minə yaxın polis qoruyacaq.
Bununla bağlı BFM telekanalından məlumat verilib.
Mərasim vaxtı 400 müşahidə kamerasının quraşdırılacağı nəzərə çatdırılıb. Sena çayı üzərində keçiriləcək açılış mərasimi iyulun 26-da baş tutacaq.
Qeyd edək ki, Paris-2024 26 iyuldan 11 avqustun 11-nə kimi davam edəcək.
Dünya