Infoteka.az
Dünya

Rusiyada Dövlət Duması ev heyvanları ilə bağlı yeni qərarı müzakirə edir

Rusiyada Dövlət Duması ev heyvanları ilə bağlı yeni qərarı müzakirə edir.
Məlumata əsasən ,it dişləməsi üçün 200 min rubla qədər cərimə tətbiq oluna bilər.
Fiziki şəxslər üçün cərimə 10 mindən 30 min rubla qədər, günahkar hüquqi şəxslər isə daha çox - 100 mindən 200 min rubla qədər cərimələnəcək.
Bundan əlavə, Dövlət Duması ev heyvanlarının küçədən çıxarılmasına görə cərimə etməyi planlaşdırır. Küçəyə atılan bir heyvan üçün cəza 30 min rubla çatacaq. Ev heyvanları ilə pis rəftar edən vətəndaşlara da daha diqqətli davranılacaq.

Infoteka.az