May ayının 25-də Kreml Azərbaycan və Ermənistan liderlərinin Moskvada baş tutacaq görüşlərinin effektli olacağına inanır.
Mayın 25-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən bu barədə deyib.
Dimitri Peskov bildirib ki, “Cümə axşamı həm prezident İlham Əliyev, həm də baş nazir Paşinyan burada olacaq. Biz prezidentimizlə təmasların olacağını gözləyirik. Bu təmaslara hazırlıq gedir və təbii ki, biz nəticələrə ümid etmək istərdik. Nə dərəcədə effektivlik olacaq - bunu zaman göstərəcək”.
Siyasət