Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamında dəyişikliklər olunub.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin işçilərinin say həddi 655-dən 757 ştat vahidinə qaldırılıb.
Daha sonra, Dövlət Miqrasiya Xidmətinin (DMX) Naxçıvan regional miqrasiya baş idarəsi yaradılıb. Prezident İlham Əliyev bununla əlaqədar müvafiq sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti ləğv edilib.
Siyasət