Infoteka.az
İqtisadiyyat

Qubadlının Zilanlı kəndi bir il yarıma təhvil veriləcək 

“Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən Zilanlı kəndi bir il yarıma tikilib təhvil veriləcək. Sonra isə sakinlərin doğma yurdlarına köçürülməsi başlanacaq."
“Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza bu haqda məlumat verib.

İlhamiyyə Rza qeyd edib ki, 772 nəfərin Zilanlıya ilk mərhələdə köçürülməsi planlaşdırılır.
80 hektarı əhatə edən layihələndirilmiş ərazidə yerli materiallardan istifadə olunur, tikintinin hər mərhələsində iqlim şəraiti də nəzərə alınır.
Tikinti işlərinə Qubadlının şəhər mərkəzində, Xanlıq kəndi, Kürdmahruzlu kəndlərində də başlanılıb.

Infoteka.az