Infoteka.az
Siyasət

Əli Əsədov sərəncam imzalayıb

Azərbaycanda müqavilə əsasında hərbi xidmətə daxil olma qaydalarına dəyişiklik edilib.
Baş Nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.
Müddətli həqiqi hərbi xidmətini davam etdirmək üçün hərbi qulluqçularla müqavilə bağlandıqdan sonra onlar tərəflərin razılığı ilə vəzifələrə təyin ediləcəklər.
Vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.
Müqavilə yenidən bağlandıqdan sonra mövcud müqavilə ləğv edilmiş hesab ediləcək.

Infoteka.az