Infoteka.az
Dünya

Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb.

İnfoteka.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir. 

Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə bildirib ki, Rusiyanın atdığı 75 raketdən 41-i havada vurulub. 

Infoteka.az