Infoteka.az
Siyasət

AZSTAND və LST arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Standartlaşdırma İnstitutu ilə Litva Standartlar Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bununla bağlı məlumat verilib.
Məlumatda qeyd olunur ki,  may ayının 22-23-də Azərbaycanda Litvanın standartlaşdırma üzrə milli orqanı olan Litva Standartlar Şurasının (LST) nümayəndə heyəti  səfərdə olub. Səfər çərçivəsində Litva nümayəndə heyəti Dövlət Xidməti və Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) bir sıra görüşlər keçirib.
Görüşlər əsnasında tərəflər arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub, həmçinin Avropa direktivləri və istinad standartlarının qəbulu əsasında milli texniki reqlamentlərin qəbulu prosedurları, istinad standartlarının tətbiqinə dair fikir mübadiləsi aparılıb.

Anlaşma Memorandumuna əsasən hər iki tərəf standartlaşdırma sahəsində rəqəmsal həllərin tətbiqi, Texniki Komitələrin fəaliyyəti, standartların yayılmasında abunə praktikası üzrə birgə əməkdaşlıq edəcək, istinad standartları sahəsində təcrübə mübadiləsi həyata keçirəcək.

Infoteka.az