ABŞ administrasiyası Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim edib.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar prosesində “irəliləyiş var”.