İran ilə Əfqanıstan arasında sərhəddə yerləşən Hilmənd, yaxud Hirmənd çayının su ehtiyatından istifadə üstündə münaqişə yenidən baş qaldırıb
Bir neçə gündür ki, İran və Əfqanıstan təmsilçiləri arasında söz atışması başlayıb.
Gərginliyin səbəbi, keçən həftənin sonlarında İran prezidenti İbrahim Rəisi Əfqanıstanla həmsərhəd Sistan və Bəluçistan əyalətinə səfəri zamanı bölgənin su təminatı ilə bağlı Taliban hökumətinə hədələyici tonda müraciət edərək deyib:
“Əfqanıstan hakimiyyətinə demək istəyirəm ki, mənim söylədiklərimə adi baxmasınlar, buna çox ciddi yanaşsınlar. Mən Əfqanıstanın rəsmilərinə və hakimiyyətinə xəbərdarlıq edirəm ki, gecikdirmədən Sistan və Bəluçistan əyaləti və əhalisinin haqqını versinlər”.