Infoteka.az
Sosial

ÜST COVID-19-dan pis olan ölümcül pandemiyaya hazırlaşmağa çağırıb

ÜST rəhbəri bütün dünyanı COVID-19-dan daha pis olan ölümcül pandemiyaya hazırlaşmağa çağırıb.

COVID-19-dan daha təhlükəli olan yeni bir pandemiya təhlükəsi istisna edilə bilməz.

Xarici KİV-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus ÜST-ün Cenevrədə keçirilən illik assambleyasında deyib."

Yeni xəstəlik və ölümə səbəb ola biləcək başqa bir variantın təhlükəsi qalmaqdadır. daha da ölümcül potensiala malik yeni patogenin təhlükəsi hələ də qalır”, - ÜST rəhbəri bildirib.

O, bütün dünyanı gələcəkdə bu təhlükəyə kollektiv cavab verməyə hazır olmağa çağırıb.

Qeyd edək ki, bu ilin may ayında ÜST yüz ildən sonra ilk dəfə olaraq 2020-ci ildə tətbiq edilən COVID-19 qlobal pandemiyasının statusunu ləğv edib.

Koronavirus pandemiyası dünyada təxminən 7 milyon insanın ölümünə səbəb oldu, təxminən 700 milyon insan koronavirusa yoluxdu

Infoteka.az