Infoteka.az
Sosial

Vüqar Qurbanov koronavirusla bağlı son vəziyyəti açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanda koronavirusla bağlı son vəziyyəti bildirib.

Vüqar Qurbanov, bu barədə jurnalistlərə müsahibəsində məlumat verib.

İcraçı direktor hazırda karantin rejiminin davam etdiyini vurğulayıb. Həmçinin vurğulayıb ki, Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən modul tipli xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.

Hazırkı vəziyyətdə Azərbaycanda aktiv koronavirus xəstələri mövcud olduğu üçün və onların müalicələrinin stasionar rejimdə davam etdirildiyi üçün bununla bağlı tədbirlər də davam etdirilir - deyə Vüqar Qurbanov əlavə edib.

Infoteka.az