Infoteka.az
Sosial

"Tədbirlərin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 24-də Bakıda “Tədbirlərin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfeltin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Görüşdə ATƏT Parlament Assambleyasında Azərbaycanla əməkdaşlığın perspektivləri və gündəlikdə duran əsas məsələlər, ATƏT Parlament Assambleyasının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə mümkün töhfəsi müzakirə olunub.
Bununla yanaşı, aprel ayında girov götürülmüş Azərbaycan hərbçilərinə qarşı zorakılıq halları və onların geri qayıtmaması, itkin düşənlər barədə məlumat verilməməsi kimi məsələlərə diqqət yetirilib.
ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ölkəmizə səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə Zəngilan rayonuna səfər etdiyini, aparılan yenidənqurma layihələri ilə tanış olduğunu diqqətə çatdırıb. ATƏT Parlament Assambleyasının Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edən M.Sederfelt regionda sülhün və təhlükəsizliyin təmin edilməsinin vacibliyindən də danışıb. o vurğulayıb ki, ATƏT Parlament Assambleyası sülhü, sabitliyi, parlament diplomatiyasını təşviq edir, regionda sülhün təmin olunmasına çalışır.
Görüşdə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Infoteka.az