Prezident seçkilərinin ikinci turunda da parlament seçkilərindəki iradəni ortaya qoymalıyıq.
Türkiyə Prezidenti, “Cümhur ittifaqı”ndan prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan bu ifadəni Ankarada çıxışında söyləyib.
Ərdoğan: "Arxayınlaşmaq olmaz” deyərək, türk xalqına seçkilərdə iştirak etməyə çağırıb.
Ərdoğan bildirib ki, ötən 21 il ərzində ölkədə siyasi sabitsizliyin qarşısı alınıb: “Bunu millətimizin dəstəyi nəticəsində bacardıq. Biz də həmişə millətimizin yanında olduq”.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcək.
Siyasət