Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında münasibətlər barədə danışdı.
Bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması barədə danışıb.
“Biz həm yerdə, həm də siyasi baxımdan vəziyyəti sakitləşdirmək üçün bütün vasitələrdən istifadə edirik. Bütün səviyyələrdə danışıqlar aparılır, Moskvada Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşləri keçirilib. Bu əlaqələr bütün səviyyələrdə davam edir. Bu, bizim konkret işimizin mövzusudur”-deyə o, bildirib.
Siyasət