Ötən il Rusiyadan Finlandiyaya gələn miqrantların sayı SSRİ-nin süqutundan sonra rekord göstərici olub.
Son məlumatlara görə, 2022-ci ildə Rusiyadan Finlandiyaya 6003 nəfər mühacirət edib. Eyni zamanda, 1990-cı ildə Sovet İttifaqından Finlandiyaya 1958 nəfər, 1991-ci ildə isə 5515 nəfər köçüb.
“Sovet İttifaqının dağılmasından sonrakı illərdə, 1992-1995-ci illərdə Rusiyadan hər il təxminən 1700-2600 nəfər mühacirət edib” deyilən hesabatda 2021-ci ilədək “Rusiyadan mühacirətin hər il 3100-dən aşağı həddə olduğu” vurğulanır.