Infoteka.az
Dünya

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Kiyevə göndərilməsi planını müzakirə edib

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 196,6 milyard avro köçürülməsi planını müzakirə edib.

Çərşənbə günü rəsmilər “Euroclear”da saxlanılan Rusiya aktivlərindən əldə edilən faizlərin bölüşdürülməsi üçün görüşüblər.

Nəşrin məlumatına görə, Aİ ölkələrinin tətbiq etdiyi sanksiyalar “Euroclear”da 196,6 milyard avroluq Rusiya aktivlərinin dondurulmasına səbəb olub ki, bunun da 180 milyard avrosu Rusiya Mərkəzi Bankının aktivləridir.

Infoteka.az