Rusiya Belarusda yerləşdiriləcək taktiki nüvə silahlarına nəzarət edəcək.
Bunu Rusiyanın Rusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusdan olan həmkarı Viktor Xreninlə görüşü zamanı bildirib.
Nazirin sözlərinə görə, Rusiya Belarus ərazisində qeyri-strateji nüvə silahı yerləşdirəcək, lakin onu respublikaya təhvil verməyəcək.
Silahlara nəzarət etmək və onların istifadəsi ilə bağlı qərar vermək hüququ Moskvada qalır.