Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı zəruri olan tələblər açıqlanıb.
Bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb.
Beləliklə, mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir:
Meyar üzrə bal mehmanxananın həmin meyar üzrə tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir. Meyara qismən uyğunluq müəyyən edildiyi halda həmin meyar üzrə bal verilmir.
Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.
Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və sertifikatlaşdırılmalıdır.