Infoteka.az
Siyasət

Putin Paşinyanı ələ saldı: “Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq”

Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası başlayıb.

Rusiya Prezidenti Vladimir Putin tərəfindən xüsusi qonaq qismində dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. 

Vladimir Putin ilk dəfə bu iclasda iştirak edən İlham Əliyevi salamlayıb.

Sonra Putin Paşinyanı ələ salıb: 

“Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq”.

O, Ermənistanın iqtisadi vəziyyətinin acınacaqlı halda olmasına özünəməxsus şəkildə işarə edərək bildirib:

“Çətin ki, Ermənistana çata bilək - orada ümumi daxili məhsulun artımı 12%-dən çox olub”.

Putin Paşinyanı ələ saldı: “Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq”
Infoteka.az