“Yuventus” Anhel Di Mariyanın gələcəyi ilə bağlı qərar verib.
Komanda argentinalı futbolçu ilə yolları ayıracaq.
Az əvvəl tərəflər arasında müqavilə müddətinin artırılması barədə razılıq əldə edilsə də, “Yuventus” strategiyanı dəyişib. Hesabından xal silinən və Avropa kuboklarında iştirakı sual altına düşən klub rəhbərliyi yeni transfer layihəsi hazırlayacaq.
Qeyd edək ki, ötən yayda “Yuve”yə keçən Di Mariya A seriyasında 4 qol və 4 ötürmə ilə yadda qalıb.
İdman