Son zamanlar ürək xəstəlikləri çox geniş yayılıb. Ətrafımızda bir çox insan bu cür xəstəliklərdən əziyyət çəkir. Mütəxəssislərin fikrinə görə, bu xəstəliyinin çoxalmasının bir sıra səbələri var.
Birincisi, cəmiyyətimizdə böyük əksəriyyət daha çox oturaq işə keçib. Ürək xəstəlikləri artıq peşə xəstəliyinə çevrilib. İnsanlar passiv həyat, oturaq iş rejiminə daha çox üstünlük verir. Bu da ürək xəstəliklərinə yol açır.
İkincisi, qidalardır. Bu gün qəbul etdiyimiz qidaların çoxunun mənşəyi bəlli deyil. Xüsusən də, yağların keyfiyyətsiz və ziyanlı olması ürək-damar xəstəliklərinin artmasına səbəb olub.
Üçüncüsü, stressdir. İnsanlar bu gün gərginlik altındadır. Həm bu gərginlik, həm də qəbul edilən çoxlu sayda informasiya ürəyi gücə salır.
Rəsmi statistikaya görə bütün dünyada ürək xəstəliklərinə yoluxma ən azı 10-15 il cavanlaşıb. Məsələn, 50 il qabaq 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdu. Amma, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir. Ümumilikdə isə infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir.
Sağlamlıq