Infoteka.az
Siyasət

Ərdoğandan Kılıçdaroğluna sərt reaksiya: "Sübut edə bilməsən, namərdsən"

“Cənab Kılıçdaroğlu TRT-də verdiyi açıqlamada terror təşkilatları ilə danışıqlar apardığımızı qeyd edir. Hörmətli Kılıçdaroğlu, əgər sübut edə bilməsən, namərdsən"

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən Güclü Sənaye, Güclü Türkiyə Toplantısında çıxışında deyib.

Ərdoğan Kılıçdaroğlunun TRT-də seçki çıxışında onu proqrama dəvət edilməsinə də cavab verib:

"Utanmadan bizi televiziyaya dəvət edirsiniz. Sənin dərdin başqadır, məşhur olmaq istəyirsən. Sənə yalançı şöhrət yetərlidir. Sənə ayrı şöhrət yastığı verməyə bizim vaxtımız yoxdur", deyə Ərdoğan vurğulayıb.

Infoteka.az