“Neftçi” yayda Rusiyada keçiriləcək turnirdə iştirak edəcək.
Bu barədə “Zenit” klubunun prezidenti Aleksandr Medvedyev məlumat verib.
“İyulda biz “Fənərbağça”, “Srvena Zvezda” və “Neftçi” komandalarını Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik”, - deyə Medvedyev bildirib.
“Zenit” ardıcıl 5-ci dəfə Rusiya çempionu olub.
Qeyd edək ki, FIFA və UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə bu ölkənin milli komandasını, eləcə də klublarını bu qurumların bayrağı altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırıb.