PSJ argentinalı hücumçu Lionel Messiyə yeni müqavilə təklif edəcək.
Bu barədə jurnalist Fransua Qalyardo sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, PSJ 35 yaşlı hücumçuya 1+1 sxemi üzrə illik 100 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırdır. Paris klubunun Qətərdən olan sahibləri futbolçunun Səudiyyə Ərəbistanı çempionatına keçməsinə icazə vermək istəmir. Argentinalının “Barselona”ya qayıtmasının isə mümkünsüz olduğu da qeyd edilir.
Messinin son Fransa çempionu ilə müqaviləsi iyunda başa çatacaq. Argentinalı 2022/23 mövsümündə parislilərin heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 20 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu bir müddət əvvəl Səudiyyə Ərəbistanına səfər etdiyi üçün komandadan uzaqlaşdırılsa da, üzr istəməsindən sonra əsas komandaya qaytarılıb.