Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair son açıqlamalarını müsbət qiymətləndiririk.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, rəsmi Ankara bu addımları dəstəkləyir: “Azərbaycan hərtərəfli sülh sazişi təklif edib. Ermənistan buna “hə” desə, bu saziş imzalanır. Biz də Türkiyə olaraq bu istiqamətdə müsbət addımlar atarıq. Bizim istəyimiz bölgəmizdə daimi sülh və sabitliyin olmasıdır”.