Infoteka.az
Dünya

Əminə Ərdoğan seçicilərə təşəkkür etdi

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan seçkidə iştirak edən vətəndaşlara təşəkkürünü bildirib.

“Güvən, sabitlik, böyük və güclü Türkiyə deyərək seçkiyə gedən bütün vətəndaşlarımıza təşəkkürümüzü bildiririk.

İlk günkü sevgimizlə bir və birlikdə olmağa davam edəcəyik və Türkiyə Yüzilliyi idealımıza 85 milyon, bir ürək olaraq çatacağıq.

Bu yolda göstərdikləri sarsılmaz dəstəyə və səylərə görə yol yoldaşlarımıza təşəkkür edirəm.

Hamımızın Türkiyə Yüzilliyi mübarək olsun!” - deyə o “Twitter” hesabından bildirib.

Infoteka.az