"Bəzi liderlər Rusiya-Ukrayna müharibəsinə soyuqqanlı yanaşmır".
İnfoteka.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, soyuq savaş bitəndən sonra sülh üçün yaranan ümid artıq narahatlıqla əvəz olunub: “Qərb ölkələrinin prezidentləri qışı necə keçirəcəklərini düşünürlər. Bizmi belə problemimiz yoxdur”.
Ərdoğan deyib ki, gələcəkdə fundamental siyasi dəyişikliklərin baş verəcəyi qaçılmazdır.