Infoteka.az
Mədəniyyət

"John Wick” adlı macəra filmi 1 milyard dollar qazanıb

Keanu Rivsin baş rolda oynadığı "John Wick” adlı macəra filminin dördüncü seriyası kinoprokatda 1 milyard dollarlıq qazanc limitini aşıb.

Hazırda Yaponiyada kinoteatrlarda nümayişi uğurla davam edən “John Wick 4”-ın hasilatı artmaqda davam edir.

Filmin rejissoru Co Drak qazanılan uğuru aktyor oyunu və peşəkar komanda işi  ilə əlaqələndirərək, dünyadakı bütün kinosevərlərə təşəkkür edib.

Infoteka.az