2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin müvafiq dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 23,2 faiz artaraq 493,1 min nəfər olub.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 faiz, Türkiyəyə gedənlərin sayı 5,5 faiz artıb, İrana gedənlərin sayı isə 26,5 faiz azalıb.
Gedənlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil edib.
Həmçinin bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Ölkəmizə gələnlərin 31,7 faizi Rusiya, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşlarıdır.