Infoteka.az
İqtisadiyyat

İcmal büdcənin profisiti 1,7 mlrd. manatdan çox olacaq

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılıb. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30,0 faiz çoxdur.

Bu, Maliyyə Nazirliyinin 2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı məlumatında yer alıb.

İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılıb ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6140,3 milyon manat və ya 17,5 faiz çoxdur.

Qeyd edilib ki, icmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirləri hesabına 1735,3 milyon manat profisit yaranacaq.

Infoteka.az