Həzm sisteminin iltihabi xəstəlikləri olan insanlara gilas yemək olmaz. Gilas mədə-bağırsaq sistemində səpkini, yaranı, xoranı daha da kəskinləşdirir. Qastroenteroloqların fikrincə, bu giləmeyvə, xüsusən, onikibarmaq, nazik bağırsaq xəstəlikləri, həmçinin disbakterioz və xroniki xəstəliklərin kəskinləşməsi prosesində təhlükəlidir.
Şəkərli diabet xəstələri də gilas qəbul edərkən ehtiyatlı olmalı, az miqdarda qəbul etməlidirlər. Onların pəhrizində giləmeyvə yalnız desert kimi olmalıdır .
Bundan başqa, artıq çəkisi, maddələr mübadiləsi pozğunluğu olan insanlar üçün də gilas təhlükəli ola bilər.
Təbii şəkərlərlə doyma ilə yanaşı, şirin gilas liflə zəngindir. Əhəmiyyətli bir hissəni yedikdən sonra mədə-bağırsaq traktında pozğunluqları olan insanlar özlərini daha pis hiss edə bilərlər. Belə ki, həmin insanlarda mədə turşuluğu artır. Bununla yanaşı, qıcqırma başlaya bilər, allergik reaksiyalar özünü göstərər.
Gilas karbohidratdır. Gündüzlər qəlyanaltı və ya şam yeməyi kimi, əsas yeməkdə isə desert kimi yeyilməlidir.
Mütəxəssis həkimlərin fikrincə, axşam saat 19:00-dan sonra gilas, albalı (şirin gilas) yemək tövsiyə edilmir.