“Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 145,9 milyon manat güzəştli kredit ayrılıb”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“2022-ci ildə Sahibkarlığın İnkişafı Fondundan ümumilikdə 2 726 layihə üzrə 145,9 milyon manat güzəştli kredit ayrılıb. Bu kreditlərin layihə sayı üzrə 99,9%-i, məbləğ üzrə isə 98,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə ayrılıb”.