Belarusun “Lemt” elmi-texniki mərkəzi Rusiyanın iki elmi-tədqiqat institutu ilə birlikdə pilotsuz aparatların məhv edilməsi üçün lazer qurğusu hazırlayır.
Belarus müəssisəsinin nümayəndəsinin sözlərinə görə, lazer modulu onlarla kilometr məsafədə PUA-ları vura biləcək, onun gücü isə 100 kilovat təşkil edəcək.
Qurğunun prototipi 2023-cü ildə yaradılacaq. Eyni zamanda “Lemt”in Rusiya təşkilatları ilə müştərək iş planı iki il üçün nəzərdə tutulub.