Infoteka.az
Dünya

Ərdoğanın andiçmə mərasimi iyunun 3-də keçiriləcək

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminin tarixi məlum olub. 

Mərasim iyunun 3-də keçiriləcək.

Həmin gün kabinet üzvlərinin andı gözlənilir və yeni hökumət işə başlayacaq.

Qeyd edək ki, mayın 28-də keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib. Mərkəzi Seçki Komissiyası da səsvermənin yekun nəticələrini açıqlayacaq.

Infoteka.az