“Uşaqların hər istədiyini almaq doğru deyil”.
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova deyib.
O, bu nüansın uşaqların gələcək həyatına mane olacağını söyləyib. Psixiatr bildirib ki, belə olan halda uşaqlar gələcəkdə çətinliklə qarşılaşanda qərar verməkdə çətinlik çəkəcəklər.
A.Cabbarovanın sözlərinə görə, bəzi valideynlər də uşaqlara tez-tez hədiyyə alacaqları halda, onların ərköyün olacağını düşünürlər. O, bunun da doğru yanaşma olmadığını vurğulayıb.