Infoteka.az
Dünya

Avropa İttifaqı Moldovaya 295 milyon avro maliyyə yardımı ayıracaq

Avropa İttifaqı (Aİ) iqtisadi çətinliklərlə üzləşən Moldovaya 295 milyon avro maliyyə dəstəyi verəcək.
Bu barədə Avropa Şurasından verilən açıqlamada bildirilib. Məlumatda Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi səbəbindən iqtisadi çətinliklərlə üzləşən Moldovaya maliyyə dəstəyi vermək qərarına gəldiyi vurğulanıb.
Məlumatda həmçinin deyilir: ''Avropa Şurası Aİ-nin Moldovaya maliyyə yardımını təxminən 2 dəfə artıraraq 295 milyon avroya çatdırdığını açıqlayıb". 
Avropa İttifaqının makromaliyyə yardımının ölkənin iqtisadi sabitliyini və struktur islahatlarını dəstəkləmək məqsədi daşıdığı qeyd edilib.
Sözügedən dəstəyin 220 milyon avrosunun kredit, 75 milyon avrosunun isə qrant yardımı şəklində veriləcəyi bildirilib.

Infoteka.az