Infoteka.az
Siyasət

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqların yeni raundu iyunun 12-də başlayacaq

İyunun 12-də Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundu başlayacaq.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə bildirib.

“İyunun 12-dən Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçıları formatında görüşlər keçiriləcək”, - Paşinyan bəyan edib.

Onun sözlərinə görə, iyunun 2-də Moskvada regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun görüşü baş tutacaq.

Infoteka.az