Ötən gündən etibarən Dənizkənarı Bulvar ərazisində skuterlərin sürülməsi qadağan edilib.
Qadağaya səbəb əhalidən daxil olan çoxsaylı şikayətlər olub:
“Şikayətlər nəzərə alınaraq skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı müvəqqəti qadağa tətbiq edilir. Bu, dünya təcrübəsində də belədir. Qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil. Məsələ müəyyən müddətdən sonra yenidən müzakirə edilə bilər”.