Infoteka.az
Dünya

20 ölkənin kəşfiyyatçıları Sinqapurda məxfi toplantı keçirib - FOTO

Dünyanın ən böyük 20 kəşfiyyat xidmətinin yüksək vəzifəli məmurları Sinqapurda gizli görüş keçirib.

Məlum olub ki, kəşfiyyat rəhbərlərinin belə görüşləri Sinqapur hakimiyyət orqanları tərəfindən təşkil olunur və bir neçə ildir ki, Şanqri-La Dialoqunun təhlükəsizlik sammiti zamanı gizli şəkildə keçirilir.

Bildirilir ki, belə toplantılar tərəflərin niyyətlərini və hədəflərini dərindən anlamağa kömək edir.

Görüşdə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynesin də iştirak etdiyi vurğulanır. Bundan əlavə, iki ölkə arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, tədbirdə Çinin nümayəndəsi də iştirak edib.

Rusiya tərəfi görüşə dəvət olunmayıb.

20 ölkənin kəşfiyyatçıları Sinqapurda məxfi toplantı keçirib - FOTO
Infoteka.az